Moskvaya PUA hücumundan 3 nəfər ölüb - VİDEO

Moskvaya PUA hücumundan 3 nəfər ölüb - VİDEO
11 Mar 2025 15:07

Ukrayna pilotsuz təyyarələrinin Moskva vilayətinə olan kütləvi hücumundan sonra partlayışların daha bir qurbanı ölüb. Bu barədə Domodedovo şəhər dairəsinin rəhbəri Yevgeniya Xrustaleva özünün Telegram kanalında məlumat yayıb.


“İndicə mənə xəbər verdilər ki, üçüncü kişi də öldü. Həkimlər əllərindən gələni etdilər",- Xrustaleva yazıb.


360.ru-nun məlumatına görə, ölən "Miratorq" şirkətinin 43 yaşlı əməkdaşı olub.

Xatırladaq ki, bu gecə Ukrayna Rusiyaya qarşı ən böyük PUA hücumu həyata keçirib. Rusiyanın Müdafiə nazirliyi hava hücumundan müdafiə (HHM) sistemlərinin gecə ərzində ölkə ərazisi üzərində 337 PUA-nı məhv etdiyini açıqlayıb.

Yerli media da bunu Rusiyanın 2022-ci ildən bəri gördüyü ən kütləvi dron hücumlarından biri kimi qiymətləndirib.



Tural


Sizin reklam burada
Sizin reklam burada