Rusiya paytaxtı növbəti dəfə kütləvi pilotsuz uçuş aparatlarının (PUA) hədəfinə çevrilib. Moskva istiqamətinə doğru buraxılan onlarla dron hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
News365.az xəbər verir ki, hadisə ilə bağlı Moskva meri Sergey Sobyanin rəsmi açıqlama verib.
Merin sözlərinə görə, şəhər səmasında ümumilikdə 46 dron ələ keçirilib:
"Paytaxta doğru hərəkət edən doqquz təyyarə tipli PUA dalğası zenit müdafiə sistemləri tərəfindən vaxtında aşkarlanaraq məhv edilib. Hazırda xilasetmə və operativ qruplar dron qalıqlarının düşdüyü ərazilərə cəlb olunub".
Sobyanin qeyd edib ki, ilkin məlumatlara görə, hücum nəticəsində hər hansı xəsarət alan və ya ciddi dağıntı qeydə alınmayıb. Hazırda ərazilərdə araşdırmalar davam etdirilir.