Mikayıl Cabbarovun yeni müşaviri o oldu

Mikayıl Cabbarovun yeni müşaviri o oldu
17:14

Ləğv edilmiş “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadova yeni vəzifə verilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov onu özünə müşavir təyin edib.

T.Ziyadov artıq vəzifəsinin icrasına başlayıb. O, həm də Azərbaycan Badminton Federasiyasının prezidenti kimi fəaliyyət göstərir.

Prezident İlham Əliyevin ötən il fevralın 25-də imzaladığı sərəncama əsasən, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyinə verilib.

Bundan sonra şirkət “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” MMC kimi fəaliyyət göstərməyə başlayıb.


Sizin reklam burada
Sizin reklam burada