ТMİF-in Baş qərargahında Fondun Şurasının
iclasına hazırlıq məqsədilə ikinci ekspert görüşü keçirilib.
23-24
yanvarın tarixlərində Тюрк Mədəniyyəti və İrsi Fondunun (TMİF) Bakı şəhərində
yerləşən Baş qərargahında Şura iclasına hazırlıq məqsədilə ikinci ekspert
görüşü baş tutub. İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin
xarici işlər və mədəniyyət nazirlərinin nümayəndələri, həmçinin təşkilatın
əməkdaşları iştirak edib.
Öncə
Fondun prezidenti Aqtotı Raımkulova qonaqları salamlayıb və 2024-cü ildə Fondun
həyata keçirdiyi işlər barədə ətraflı məlumat verib. O, Fond tərəfindən 74-dən
çox layihə və tədbirin reallaşdırıldığını vurğulayıb. Aqtotı Raımkulova bir
sıra mühüm layihələri qeyd edib:
Astanada keçirilən sammit çərçivəsində Alaqul Osmonovun Bişkekdəki
ev-muzeyinin bərpa və yenidənqurma işlərinin tamamlanması, "Türk Dünyası
2040-a baxış" sənədinə və TURKTIME-ın təşəbbüsünə uyğun olaraq Türk
Mədəniyyəti İrsinin Kataloqunun hazırlanması, Beşinci Dünya Köçərilər
Oyunlarının dəstəklənməsi, İstanbulda Türk mədəniyyət irsinin idarə olunması
sahəsində mütəxəssislər arasında təcrübə və bilik mübadiləsi proqramının
keçirilməsi, "Türk Dünyasının Məşhur Şəxsiyyətləri", "Türk
ədəbiyyatının Zərgərləri", "Türk Dünyasının Elmi Xəzinələri"
adlı kitab seriyalarının nəşr edilməsi, Bakıda "Türk Dünyası tarixi və
mədəni irsinin UNESCO perspektivindən öyrənilməsi və qorunması" mövzusunda
beynəlxalq konfransın təşkili, Parisdəki UNESCO qərargahında türk dünyasının
görkəmli alimi Mahmud Kaşğari tərəfindən
XI əsrdə yazılmış "Divani Lüğət at-Türk" adlı ilk Türk dilləri
ensiklopedik lüğətinin 950 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans və
sərginin keçirilməsi.
İclasın
gündəliyində Türk xalqlarının mədəni irsinin qorunub saxlanılması istiqamətində
əməkdaşlığın genişləndirilməsi məsələləri yer alıb. Dövlət orqanlarının
nümayəndələri və Fondun əməkdaşları təşkilatın normativ sənədlərində
dəyişikliklərin edilməsi ilə bağlı müzakirələr aparıb, 2025 və 2026-cı illər
üçün Fondun fəaliyyət planlarına daxil edilmiş Türk Dünyasının zəngin irsinin
populyarlaşdırılması, qorunması və bərpasına yönəlmiş layihələr ətrafında
ətraflı müzakirələr aparılıb.
Qeyd
etmək lazımdır ki, cari ildə Fondun Şurasına Qazaxıstan Respublikası sədrlik edir
və Fondun təsisçi ölkələrinin mədəniyyət nazirlərinin iştirak edəcəyi 2-ci Şura
iclası 2025-ci il fevralın 7-də Astana şəhərində keçiriləcək.