Messi Peleni keçdi

Messi Peleni keçdi
11:53

Argentinalı hücumçu Lionel Messi cərimə zərbələrindən vurulan qolların sayına görə Braziliya millisində üçqat dünya çempionu Peleni ötüb.

News365.az bildirir ki, L.Messi futbol tarixində bu göstəriciyə görə ikinci yerə çıxıb.

Əsas Futbol Liqasının (MLS) müntəzəm mövsümünün "Nyu-York Siti" ilə səfər matçında (3:2) L.Messi karyerasında 71-ci qolunu cərimə zərbəsindən vurub. Rekord göstərici Braziliya milli komandasının sabiq futbolçusu Juninyo Pernambukanoya məxsusdur, onun aktivində bu cür vurulmuş 77 qol var.


Sizin reklam burada
Sizin reklam burada