Xəbər verdiyimiz kimi mayın 28-i axşam saatlarında Rusiyanın Stavropol bölgəsində baş vermiş partlayışda rusların tanınmış müharibə veteranı öldürülüb. Yerli media Zaur Qurtsiyev adlı həmin veteran haqqında maraqlı məlumat yayıb.
Məlum olub ki, Ukraynda döyüşmüş keçmiş hərbçi şəhər merinin birinci müavini işləyirmiş. O, REN TV-nin müxbiri Leonid Kitrara müsahibəsində hərbi xidmətlə bələdiyyə xidməti arasındakı fərqlərdən də danışıb.
Yayılan kadrlarda Zaur deyib: "Burada hər şey bir az ölçülüdür. Orduda isə hər şeyi artıq dünən etməlidiniz. Meriyada planlaşdırma imkanı və vaxtı var".
Qeyd edilib ki, veteran 2024-cü ilin sentyabrında prezident proqramı sayılan “Qəhrəmanların vaxtı”na qatıldıqdan sonra Stavropol merinin birinci müavini vəzifəsinə başlayıb.
Tural