Sərhədimizi pozmaq istəyən əcnəbilər saxlanıldı

Sərhədimizi pozmaq istəyən əcnəbilər saxlanıldı
13:30

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.


Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən news365.az-a verilən məlumata görə, Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 1 nəfər Fələstin vətəndaşı Gürcüstandan Azərbaycan Respublikası istiqamətinə, "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində isə 3 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı və 2 nəfər Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.


Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


Sizin reklam burada
Sizin reklam burada