Məşhur “qanuni oğru” Ömər saxlanıldı

Məşhur “qanuni oğru” Ömər saxlanıldı
14:12

Çeçenistan kriminal aləmində Ömər Ufimski kimi tanınan “qanuni oğru” Ömər Bekayev FSB tərəfindən saxlanılıb.


Bakupost.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Prime-Crime” Telegram kanalında məlumat verilib.

Nəşrin məlumatına görə, Çeçenistan Respublikasında anadan olan ən yüksək statuslu “qanuni oğru” 69 yaşlı Bakayev cinayətkar iyerarxiyada yüksək vəzifə tutmaq ittihamı ilə həbs edilib. Müstəntiqlər ondan qanuni oğru olub-olmadığını soruşduqda, o, belə insanların mövcud olmadığını bildirib.

Bu, onun bu maddə ilə ikinci cinayət məhkumluğudur. İlk dəfə o, 2021-ci ildə Udmurtiyada xüsusi rejimli cəzaçəkmə müəssisəsində təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Sizin reklam burada
Sizin reklam burada