Məşhur müğənninin səhhətində problem yarandı

Məşhur müğənninin səhhətində problem yarandı
22 Mar 2025 09:18

Türkiyəli məşhur müğənni Ebru Gündəş sevənlərini narahat etdi.

News365.az xəbər verir ki, mədə narahatlığı yaşayan Ebru Gündeş səhər saatlarında özəl xəstəxanada endoskopiya müayinəsindən keçib. Müğənni bununla bağlı hər hansı bir açıqlama verməyib.

Mədəsindəki narahatlıq səbəbindən həkimlər Ebru Gündeşə endoskopiya olunmasını tövsiyə ediblər. Müayinə uğurla tamamlanıb.

Endoskopiyadan sonra xəstəxanada uzun müddət qalmayan Ebru Gündeş diqqət çəkmədən oradan ayrılıb. Onun sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilir.


Sizin reklam burada
Sizin reklam burada