Məşhur güləşçi vəfat etdi

Məşhur güləşçi vəfat etdi
28 May 2025 13:15

Sərbəst güləş üzrə dördqat dünya çempionu, məşhur idmançı Salman Xasımikov 72 yaşında vəfat edib.Bu barədə TASS idmançının yaxınlarına istinadən məlumat yayıb.


“Salman Xasımikov bu gün səhər saatlarında dünyasını dəyişib”, - agentliyin mənbəsi bildirib.

İdman karyerası ərzində Xasımikov dörd dəfə dünya, iki dəfə Avropa çempionu olub. O, həmçinin dörd dəfə SSRİ çempionu olub. Güləşçi 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparıb.\

Tural


Sizin reklam burada
Sizin reklam burada