Məşhur futbolçu karyerasını bitirdi

Məşhur futbolçu karyerasını bitirdi
14:57

Fransa millisinin sabiq yarımmüdafiəçisi Dimitri Payet peşəkar futbolçu karyerasını yekunlaşdırmaq qərarına gəlib.

News365.az xəbər verir ki, martın 29-da 39 yaşı tamam olacaq oyunçu bu barədə Liqa 1-in canlı yayımı zamanı məlumat verib.

Onun karyerasında sonuncu klub 2025-ci ilin yayında ayrıldığı Braziliyanın "Vasko da Qama" təmsilçisi olub.

Qeyd edək ki, Payet karyerasının böyük hissəsini "Marsel"də keçirib. O, bu klubun heyətində meydana çıxdığı 326 matçda 78 qol və 96 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi müxtəlif illərdə "Sent-Etyen", "Lill", "Vest Hem" və "Nant" klublarının da formasını geyinib.

Xatırladaq ki, D.Payet Fransa yığmasının heyətində keçirdiyi 38 oyunda 8 dəfə fərqlənib. O, AVRO-2016-nın gümüş mükafatçısıdır.


Sizin reklam burada
Sizin reklam burada