1985-ci ildə məşhur "Gələcəkdən gələn qonaq" filmində Alisa Seleznevanı canlandıran Nataliya Quseva-Muraşkeviç xərçəng xəstəliyinə tutulub. Bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Telegram kanalının məlumatına görə, 53 yaşlı sənətçi bir neçə il əvvəl səhhətinin pisləşməsindən şikayətlənib. Testlərdən sonra onun diaqnozu təsdiqlənib. Bir neçə ildir ki, keçmiş aktrisa sürətlə artan bədxassəli yenitörəmələrdən əziyyət çəkir və o daim həkimlərə müraciət edir.
Kanal əlavə edib ki, qadın artıq bir neçə əməliyyat keçirsə də, xəstəliyin qarşısını ala bilməyib. Həkimlər sənətçiyə ağır işlərlə məşğul olmağı qadağan ediblər.
Tural