Məmur bu qəzaya görə vəzifəsini itirdi - Video

Məmur bu qəzaya görə vəzifəsini itirdi - Video
10:47

Yanvarın 30-u gecə saatlarında Qazax şəhərinin Bakı küçəsində “Kia Sorento” markalı avtomobilin törətdiyi qəzadan görüntülər yayılıb.

News365.az “Qafqazinfo”ya istinadən  xəbər verir ki, jurnalist Aygün İlqar sosial şəbəkədə hadisənin millət vəkili Səməd Seyidovun köməkçisi tərəfindən törədildiyini bildirib.

Məlumata görə, həmin şəxsin sərxoş halda idarə etdiyi avtomobil yol kənarındakı hasara çırpılaraq aşıb. Nəticədə avtomobildə olan şəxslərdən biri – xəstəxana əməkdaşı xəsarət alıb.

Qeyd edilib ki, avtomobildə sürücü ilə yanaşı sərnişin qismində Qazax Rayon İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsində çalışan, sərxoş vəziyyətdə olan Süleyman Axundov da olub. O, baş vermiş hadisəni gizlədərək qəza barədə Rayon İcra Hakimiyyətinə hər hansı məlumat verməyib və buna görə vəzifədən azad edilib. Onun adı Qazax RİH-in saytından da çıxarılıb.

S.Seyidovun köməkçisi Akif Əmirov saytımıza açıqlamasında hər hansı qəza törətmədiyini deyib.

Hadisə yerindən görüntüləri və işdən çıxarılan məmurun fotosunu təqdim edirik:

Fotoda Süleyman Axundov


Sizin reklam burada
Sizin reklam burada