Məktəblinin 1,5 milyonluq saatı oğurlandı - FOTO

Məktəblinin 1,5 milyonluq saatı oğurlandı  - FOTO
26 Apr 2024 13:28

Rusiyada maraqlı oğurluq hadisəsi baş verib. News365.az xəbər verir ki, bu barədə Baza Telegram kanalı məlumat yayıb. Qeyd edilir ki, Moskvada məktəblilərdən birinin dəyəri bir milyon rubldan çox olan “Rolex” saatı oğurlanıb. 

On birinci sinifdə oxuyan şagirdin anası bununla bağlı polisə müraciət edib. Onun sözlərinə görə, hadisədən əvvəl oğlunun rəfiqəsi qonaq gəlibmiş. Yeniyetmələr birlikdə vaxt keçiriblər. Ziyarətin ertəsi günü qız sağollaşmadan gedib.

"Oğlan əminliklə deyib ki, bahalı saat evdə, zinət əşyaları ilə birlikdə qutuda olub", - nəşr yazıb.

Saatı oğurlamaqda şübhəli bilinən qız isə itihamı qəbul etməyib.  Oğlanın dostları da bu versiya ilə razılaşıblar. Onların sözlərinə görə yeniyetmə bu bahalı aksesuarı ona görə oğurlaya bilərdi ki, qız son vaxtlar onlayn kazinolara maraq göstərirmiş. Hətta məktəblinin borcu da yığılıb və ətrafında olan insanlardan borc almağa başlayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışlar aparsalar da satı şübhəli şəxsdən atapa bilməyiblər. 

O da məlum olub ki, bahalı aksesuarı itən gəncin atası şirkətlərdən birinin direktoru imiş.

Tural


Youtube kanalımız
Məktəblinin 1,5 milyonluq saatı oğurlandı  - FOTO

Oxşar xəbərlər