Məktəbdə zəhərlənən şagirdlərlə bağlı TƏBİB-dən AÇIQLAMA

Məktəbdə zəhərlənən şagirdlərlə bağlı TƏBİB-dən AÇIQLAMA
11 Apr 2025 12:58

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 11.04.2025-cü il tarixində saat 09:40 radələrində Tovuz rayonunun Düz Cırdaxan kənd orta məktəbində  tüstüdən zəhərlənmə şübhəsilə çağırış daxil olub. 

Bu barədə TƏBİB-dən bildirilib.

Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. 5  nəfər ( məktəbli) Tovuz Rayonu Mərkəzi Xəstəxanasının Təcili yadım şöbəsinə hospitalizasiya olunub.  Onlara dəqiqləşməmiş  tüstü zəhərlənməsi diaqnozu təyin edilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 

Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir.



Sizin reklam burada
Sizin reklam burada