Məhkəmə Fransanın keçmiş baş naziri barədə qərar qəbul edib

Məhkəmə Fransanın keçmiş baş naziri barədə qərar qəbul edib
17 İyn 2025 22:30

Paris Apellyasiya Məhkəməsi Fransanın keçmiş baş naziri Fransua Fiyon barəsində yekun hökm çıxarıb.

News365.az bu barədə "Le Figaro" nəşrinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, 2007-2012-ci illərdə prezident Nikola Sarkozinin dövründə Fransa hökumətinə rəhbərlik edən siyasətçi dörd il şərti həbs cəzasına məhkum edilib. Baş nazir şərti cəza ilə yanaşı, 375 min avro cərimə ödəməli olacaq. Məhkəmə həmçinin 71 yaşlı siyasətçinin seçkilərdə iştirakını 5 il müddətinə qadağan edib və faktiki olaraq onun gələcək siyasi karyerasına son qoyub.


Sizin reklam burada
Sizin reklam burada