Nensi Reyqan Ağ Evdə Raisa Qorbaçovanı necə təəccübləndirdi?- TƏFƏRRÜAT

Nensi Reyqan Ağ Evdə Raisa Qorbaçovanı necə təəccübləndirdi?- TƏFƏRRÜAT
09:51
Maraqlı fakt: 1987-ci ildə təkcə rəqabət ABŞ Prezidenti Ronald Reyqanla SSRİ Prezidenti Mixail Qorbaçov arasında getmirdi. Rəqabət birinci xanımlara da təsir etmişdi. 1987-ci ildə ABŞ-a əri ilə səfərə gələn Raisa Qorbaçovanı təəccübləndirməyi hədəfləyən Nensi Reyqan Ağ Evin xidmətçilərinə xüsusi tapşırıq verir ki, Raisa təəccüblənməlidir. Tapşırıq üzərində işləyən heyət proqramı nəzərə alaraq, səhər görüşünə, nahara və axşam görüşünə bütün Ağ Evdə gülləri gün ərzində 3 dəfə tamamilə dəyişirlər. Florist Ron Peynin xatirəsinə əsasən, onlar Raisanı təəccübləndirə bilirlər.
Güllərin 1 gündə 3 dəfə dəyişdirilməsi qarşı tərəfə psixoloji təzyiq və Amerikanın resurslarını həmçinim zövqünü nümayiş etdirmək üçün atılmış addım idi.
Aqil Məmmədov, politoloq

Sizin reklam burada
Sizin reklam burada