1988-ci il təvəllüdlü şəxsin (kişi) müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.
Bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
"Partlayış travması, sağ ayağın aşağı 1/3 travmatik amputasiyası diaqnozları təyin edilən pasiyentin vəziyyəti stabil qiymətləndirilir", - məlumatda qeyd olunub.
Xatırladaq ki, işgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində 2026-cı il 11 yanvar tarixində mina hadisəsi baș verib. Kərimov Elvin adlı şəxs minaya düşün və o, rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya olunub.