Daha 4 sosial xidmət mərkəzi yaradılacaq

Daha 4 sosial xidmət mərkəzi yaradılacaq
12:47

Bu il Azərbaycanda daha dörd sosial xidmətlər mərkəzinin yaradılması planlaşdırılır.

News365.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Dost tv-nin canlı efirində deyib.

Onun sözlərinə görə, 2021-ci ildən yaradılan bu mərkəzlərin sayı altıdır:

"Bu il yaradılması planlaşdırılan sosial xidmət mərkəzlərinin Xəzər, Xətai və digər rayonlarda olması planlaşdırılır".


Sizin reklam burada
Sizin reklam burada