Məhəllənin Əlişi nə ilə yadda qaldı? MARAQLI FAKTLAR

Məhəllənin Əlişi nə ilə yadda qaldı? MARAQLI FAKTLAR
14:58

Xəbər verdiyimiz kimi, bu gün Əməkdar artist Cabir İmanov vəfat edib.

News365.az   Cabir İmanovvun tərcümyi-halını təqdim edir:

Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub.

1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub.

1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib. 1997–1998-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçib. 1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub və 2003-cü ildə həmin universiteti bitirib. İxtisasları: İqtisadçı, hüquqşünas. 1999–2018-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyərək, polis polkovnik-leytenantı rütbəsinə qədər yüksəlmişdir. DTX Mədəniyyət mərkəzinin rəisi olub.

1992–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci ildə KVN "Əsrin Çempionu" olmuşdur.

2001-ci ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyorudur. 14 sentyabr 2015-ci il tarixdə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.[3] 16 oktyabr 2021-ci il tarixdə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

29 sentyabr 2025-ci ildə vəfat etmişdir.

Ailəli idi, 4 övladı var.






Sizin reklam burada
Sizin reklam burada