Türkiyədə yol qəzasında həlak olan jurnalist Emin İbrahimov
keçmiş yüksək vəzifəli məmurun övladıdır.
News365.az xəbər verir ki, onun atası Rəşid İbrahimov uzun
illər Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin müdiri işləyib.
R.İbrahimov parlamentin keçmiş sədri Oqtay Əsədovun dövründə bu vəzifədə
çalışıb və bir neçə il əvvəl işdən çıxarılıb.
E.İbrahimov isə jurnalistliklə yanaşı sahibkarlıqla da məşğul
imiş. O, Bakıda yerləşən “CINEX Azerbaijan Film Productions” şirkətinin rəhbəri
olub. Şirkət tam istehsal və post-istehsal xidmətləri göstərir, çəkiliş icazələrinin
alınması, prodüserlik, stringer və fiksator xidmətləri təklif edir. Şirkət həmçinin
avadanlıq və ekipaj üçün kirayə evi kimi fəaliyyət göstərir. Emin İbrahimovun cənazəsi
bu gecə Türkiyədən Azərbaycana gətiriləcək. Noyabrın 14-də Təzə Pir məscidində
mərhumla vida mərasimi keçiriləcək. E.İbrahimov Xırdalan qəbiristanlığında dəfn
olunacaq. Noyabrın 16-da Təzə Pir məscidində yas mərasimi keçiriləcək. Qeyd edək
ki, azərbaycanlı jurnalist, “Euronews” telekanalının əməkdaşı Emin İbrahimov
Türkiyədə yol qəzasında dünyasını dəyişib. (yeni sabah)