Sosial şəbəkələrdə bəzi ölkələrin səfirliklərinə məxsus xidməti avtomobillərin yol hərəkəti qaydalarını pozması ilə bağlı görüntülər yayılıb.
DİN-in Mətbuat Xidmətindən News365.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının yol hərəkəti qaydaları ərazidə hərəkətdə olan bütün nəqliyyat vasitələrinə, istər fiziki şəxslərə, istərsə də diplomatik nümayəndəliklərin xidməti avtomobillərinə istisnasız olaraq şamil olunur.
Qayda pozuntuları ilə bağlı müvafiq sənədləşmə aparılaraq məlumat aidiyyəti üzrə təqdim olunur.
Qeyd edək ki, bu gün günorta saatlarında paytaxtın Səbail rayonunda Rusiyanın ölkəmizdəki səfirliyinin əməkdaşı xidməti avtomobillə yol hərəkəti qaydalarını pozub. Belə ki, "004 T 015” dövlət nömrə nişanlı avtomobil dayanma-durmanın qadağan olunduğu ərazidə park edilib.\ APA