Gəncədə 10 yaşlı oğlanı avtomobil vurub

Gəncədə 10 yaşlı oğlanı avtomobil vurub
13 Noy 2025 19:00

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, şəhər ərazisində 2015-ci il təvəllüdlü E. Məmmədovu yolu qarşı tərəfə keçmək istəyəndə avtomobil vurub.

Azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada