Məşhur amerikalı biznesmen İlon Mask X-də maraqlı paylaşım edib.
O, ABŞ vitse-prezidenti Kamala Harrisin prezident seçkilərində namizəd olaraq iştirakını tənqid etdi.
İş adamı, paylaşımda üzü görünməyən və kostyumda olan bir adamla şəkil yerləşdirib. Fotoda adam, ağ evin hazırki sahibi Cozef Baydenə bənzər bir kuklanı əlindən alır və onu atır. Bundan sonra, onun eyni əlinə gülümsəyən Harrisə bənzəyən bir kukla qoyur.
"Yeni marionetka köhnəsi ilə eynidir" ,- deyə Mask fotonu şərh edib. O həmçinin əlavə edib ki, bu təmiz həqiqətdir.
Tural