Məşhur amerikalı sahibkar və Tesla-nın qurucusu İlon Mask Böyük Britaniyanın baş naziri Kir Starmeri tutduğu vəzifədən uzaqlaşdırmaq istəyir. Bu fikirlər Financial Times-də (FT) dərc olunan məqalədəndir.
Nəşrin məlumatına görə, Mask Starmerin vəzifədən uzaqlaşdırılması imkanlarını sağçı tərəfdarları ilə şəxsi söhbətlərində müzakirə edib.
“Böyük Britaniyadakı digər siyasi hərəkatların, o cümlədən sağçı Reform UK partiyasının dəstəklənməsi imkanları nəzərdən keçirilir. Bu yolla milyarder hətta növbəti parlament seçkilərinə qədər Britaniyanın baş nazirinin dəyişməsini təhrik etmək istəyir”, - nəşr yazır.
Qeyd edək ki, Mask Kirin Telforddakı kütləvi zorlama işində əlinin olduğunu iddia edir.
Tural