Ağdaş rayonunda iritutumlu yük maşınının aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan yük maşınının sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qəza zamanı sürücü və onun sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Qəzadan sonra maşında olan bitum yola dağılıb.