Masazırdakı yanğınla bağlı TƏBİB-dən açıqlama

Masazırdakı yanğınla bağlı TƏBİB-dən açıqlama
11:57

02.09.2025-ci il tarixində saat 05:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində fərdi yaşayış evində baş verən yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. 

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub.

Verilən məlumata görə, təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində 2 nəfərin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları və bitişik hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin dam örtüyü 40 m² sahədə yanıb.


Sizin reklam burada
Sizin reklam burada