Manaf Cəlilzadə ilə bağlı istintaq başa çatdı

Manaf Cəlilzadə ilə bağlı istintaq başa çatdı
21:40

Xaricdə yaşayan Manaf Cəlilzadə barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

News365.az xəbər verir ki, onun barəsində olan cinayət işi üzrə qiyabi ibtidai istintaq dekabrın 2-də tamamlanıb.

Təqsirləndirilən şəxsə izah edilir ki, Cinayət Prosessual Məcəlləsinin 91, 284 və 285-ci maddələrinə əsasən cinayət işinin materialları ilə ayrı-ayrılıqda və yaxud müdafiəçi ilə birlikdə tanış olmaq, digər prosessual hərəkətlərlə bağlı vəsatətlər vermək, özünün seçimi ilə müdafiəçi ilə təmsil olunmaq və digər hüquqlara malikdir.

Təqsirləndirilən şəxs və vəkilinə 9 dekabr 2025-ci il tarixdən etibarən cinayət işinin materialları ilə tanış olmaq üçün vaxt məhdudiyyəti qoyulmadan Baş Prokurorluğun İstintaq İdarəsinin inzibati binasında şərait yaradılacaqdır.

Həmçinin izah edilir ki, istintaqa gəlmədikləri halda Cinayət Prosessual Məcəlləsinin 467-13-cü maddəsinə əsasən qiyabi icraatda açılmış cinayət işi məhkəməyə göndərilə bilər və ya barələrində qiyabi hökmün, yaxud məhkəmənin digər yekun qərarının çıxarılması ilə nəticələnə bilər.

Manaf Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin bu il 15 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Sentyabrın 19-da ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Manaf Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 220.2-ci və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

Qeyd olunub ki, o, fevralın 17-i 2023-cü il tarixində Yutub platformasında “Diktator TV” adlı kanalda Süleymanlı Süleyman və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqinə açıq çağırışlar edən canlı yayım açıb və daha sonra 2023-2025-ci illərdə həmin platformadan 19 müxtəlif video hazırlayıb


Sizin reklam burada
Sizin reklam burada