“Maliyyə
azadlığı azadlıqların ən vacibidir. Amma bu pulun və əmək haqqının çoxluğu ilə
olmur. Nə hər gün səhər tezdən oyanlb işə getməyə məcbur olan adam, nə də nahar
fasiləsində "tez yeyim, işə qaçım", deyə düşünən adam hər saatına görə
100 dollar qazansa belə o zəngin deyil, onun maliyyə azadlığı yoxdur”.
Bunu News365.az –a söhbətində iqtisadçı
ekspert Eldəniz Əmirov deyib. O
bildirib ki onlar, bahalı maşın sürmək üçün və ya dəbdəbəli evdə yaşamaq üçün və
yaxud da ətrafındakılarla ayaqlaşmaq üçün gecə-gündüz qarışqa kimi çalışmaq
zorunda qalır:
“Qazandlqlarını
da bina tikənlərə, avtomobil istehsal edənlərə və ya digər əsl maliyyə azadlığı
olanlara xərcləyir.
Başqa
sözlə, insan öz tələb və istəklərini lazımı sərhədlərdə tuta bilmədiyi üçün hər
ay 10 min dollar qazansa da faktiki gecə-gündüz başqaları üçün işləməyə məcbur
qalır.
Amma
bu tələbləri doğru idarə edə bilənlər özündən 10 dəfə çox qazananlardan daha zəngindir.
Buna görə də az qazananda az yeyən, çox qazananda çox yeyən bir çoban da bəzi
milyonu olanlardan daha azad, daha zəngin və daha xoşbəxt həyat yaşayır”.
News365.az