Mağazadan oğurluq edən iki yeniyetmə saxlanılıb

Mağazadan oğurluq edən iki yeniyetmə saxlanılıb
15 Okt 2025 20:45

Mağazadan oğurluq edən yeniyetmələr saxlanılıb. 

News365.az xəbər verir ki, hadisə paytaxt ərazisində baş verib. 

Belə ki, Balaxanı qəsəbə sakininin ona məxsus mağazadan pul vəsaitinin oğurlanması ilə bağlı polisə müraciəti daxil olub. Müraciət əsasında təhqiqat araşdırmaları aparılıb. 

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslərin avaralıq və dilənçiliklə məşğul olan, Yevlax rayon sakinləri B. Mukavadze və T. Bəkirova olması müəyyən edilib və onlar polis tərəfindən saxlanılıblar. 

Faktla bağlı araşdırmalar davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada