Macarıstanın xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Macarıstanın xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlib -  FOTO
25 Apr 2024 08:33

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun Azərbaycana rəsmi səfəri başlayıb.

Bu barədə nazir sosial şəbəkə hesabında məlumat verib.

“Xüsusilə uzun bir gecə oldu, amma ən azı burada səhərə yaxındır və biz başlaya bilərik. Bir neçə saatdan sonra Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək”, - Siyarto vurğulayıb.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası baş tutacaq.


Youtube kanalımız

Oxşar xəbərlər