Macarıstan çempionu olan azərbaycanlı voleybolçu UĞURLARINDAN DANIŞDI

Macarıstan çempionu olan azərbaycanlı voleybolçu UĞURLARINDAN DANIŞDI
27 Apr 2025 16:10

Macarıstanın "Vaşaş" komandası mövsümün əvvəlində qarşısına qoyduğu bütün hədəflərə çatıb.

Bunu açıqlamasında klubun azərbaycanlı voleybolçu Ayşən Abduləzimova deyib.

O, komandası ilə növbəti dəfə ölkə çempionu olmasına münasibət bildirib:
 

"Məni təbrik edənlərə təşəkkürümü bildirirəm. Artıq beşinci dəfədir ki, Macarıstan çempionu oluram. Bütün komanda yoldaşlarımı təbrik edirəm. Mövsümün əvvəlində qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq. Həm çempionatın, həm də ölkə kubokunun qızıl medallarına sahib çıxdıq. Final oyunlarında 3 qələbə qazandıq. CEV Kubokunda da yaxşı nəticələrə imza atmışdıq. Düşünürəm ki, bu çıxışlarımızı uğurlu adlandıra bilərik".


Qeyd edək ki, "Vaşaş" finalda "Bekeşçaba" ilə qarşılaşıb və üç görüşdə də 3:0 hesabı ilə qalib gələrək qızıl medallara sahib çıxıb. Sonuncu qarşılaşmada Azərbaycan voleybolçusu 10 xal toplayıb.


Sizin reklam burada
Sizin reklam burada