"Dedi ki, kişilərlə danışırsan..." - Xaçmazdakı qətlin TƏFƏRRÜATI

"Dedi ki, kişilərlə danışırsan..." - Xaçmazdakı qətlin TƏFƏRRÜATI
09:25

Xaçmaz rayonunun Çaykənarı kəndində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

News365.az Baku TV-yə istinadən xəbər verir ki, kənd sakini Həqiqət Məmmədova bıçaqlanaraq öldürülüb. Hadisəni qadının 17 yaşlı oğlunun törətdiyi bildirilir.

Məlumata görə, yeniyetmə anasını qısqanclıq zəminində qətlə yetirib.

"İki oğlu var, anasını balacası öldürüb. Hadisə telefon üstündə baş verib. Anasına deyirdi ki, niyə kişilərlə danışır? Təkid edirdi ki, danışmasın, telefonu versin, yoxsa sındıracaq", - mərhumun qohumu bildirib.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının həkimi Orxan Şeydayev bildirib ki, oktyabrın 29-u saat 19:30-da 1983-cü il təvəllüdlü şəxs (qadın) tibb müəssisəsinə hospitalizasiya olunub:

"Ona döş qəfəsinin, qarının ön divarının kəsilmiş-deşilmiş yaraları, daxilə nüfuz etməklə sol dirsək oynağı, sağ saidin, sol əlin ovuc hissəsinin çoxsaylı kəsilmiş yaraları diaqnozu təyin olunub. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, oktyabrın 30-da saat 19:15-də pasiyentin bioloji ölüm faktı qeydə alınıb".

Qətli törətməkdə şübhəli bilinən 17 yaşlı yeniyetmə saxlanılıb. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı videomaterialda:




Sizin reklam burada
Sizin reklam burada