Lənkəranda oğurluq silsiləsinə son qoyuldu

Lənkəranda oğurluq silsiləsinə son qoyuldu
11:39

Lənkəran şəhəri ərazisində yerləşən 2 ev və 1 restorandan məişət avadanlıqları, eləcə də təmir-tikinti alətləri oğurlanıb. Hadisələr zamanı zərərçəkənlərə 3000 manatdan artıq maddi ziyan vurulub. 

News365.az xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqları törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı Mirhüseyn Hacızadə saxlanılıb. 

Ondan şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin də aşkarlanaraq götürülüb. Bundan başqa M.Hacızadənin rayon sakini olan bir nəfərə məxsus "Vaz 2106" markalı avtomobili qaçırdığı da müəyyən edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb, M.Hacızadə barəsində həbs qətimkan tədbiri seçilib.  Araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada