Xəbər verdiyimiz kimi, "Lənkəran Kaspi Kids" bağçasında müəllimin uşağa şiddət göstərməsi ilə bağlı görüntülər yayılıb. Müəllimin uşağın başına vurduğu, nəticədə isə qanadığı bildirilir.
Məsələ ilə əlaqədar DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin məsələ ilə bağlı hazırda Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.
"Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizasından keçirilməsi təmin edilib. Qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur", - məlumatda deyilir.
***
Polis Lənkəranda bağçada uşaqlara göstərilən şiddətlə bağlı araşdırma aparır.
News365.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, hazırda məsələ ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır. Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizadan keçirilməsi təmin edilib.
Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək.
Qeyd edək ki, sosial şəbəkədə şəhər ərazisində yerləşən “Kaspi Kids” uşaq bağçasında azyaşlılara şiddət göstərilməsi ilə bağlı video görüntülər yayılıb.