Lənkəranda idarə etməni itirən avtomobil suötürücü kanala aşıb.
News365.az xəbər verir ki, hadisə şəhərin Səttərxan küçəsində qeydə alınıb. Şəhər sakini 38 yaşlı Ülkər Əsədova idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi yol kənarındakı suötürücü kanala aşıb.
Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib.
Qeyd edək ki, qəza nəticəsində suötürücü kanal üstündən keçən yüksək təzyiqli qaz kəməridə qismən zədələnib.
Faktla
bağlı araşdırma aparılır.