Laçında ağır yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, bir nəfər yaralanıb.
News365.az xəbər verir ki, hadisə rayonun Qarakeçdi kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək aşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, bir nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.