"Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk bölgəsinə hücumunu NATO təşkil edib. Bu əməliyyat onun müəlliflərinin strateji məhdudiyyətlərini göstərib".
Bunu analitik Pepe Eskobar Rusiya mediasına açıqlamasında deyib.
"Onlar (NATO-dakılar- red.) bunun bir manevr kimi ideal addım olacağını düşünürdülər. Çünki düşünürdülər ki, Novorossiyada yaxın bir neçə həftədə fəlakət olacaq... Amma bu, həmin insanların nə qədər strateji cəhətdən məhdud düşüncəli olduğunu sübut edir", - analitik qeyd edib.
O, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinin müəyyən ərazilərinə qəfl hücumunu analiz edərkən vurğulayıb ki, əslində burada söhbət Şimali Atlantika Alyansının Rusiyaya qarşı birbaşa əməliyyatından gedir.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.
Tural