İranda regional müharibə təhlükəsi artdığı bir vaxtda bölgənin digər qeyri-stabil ölkəsi olan Ermənistan daxili siyasi problemlər məngənəsində sıxılmaqdadır. Yerli media yazır ki, baş nazir Nikol Paşinyanın kilsəyə "hücum" etməsi əks-effekt verir. Narazı kütlə əvvəlki illərlə müqayisədə daha da çoxalır.
Ermənistanın tanınmış araşdırmaçı jurnalistlərindən olan Voskan Sarkisyan bu mövzuda diqət çəkən yazı yazıb: "Müqəddəs Hərəkatın (Bir neçə ildir inqilab arzusunda olan keşiş Baqratın hərəkatı-red.)yaxın günlərdə küçə hərəkatının yeni dalğasına başlayacağı xəbəri hakimiyyətdə qorxu yaradıb. İqtidar nmayəndələri qorxuya düşüblər və bunun üçün insan resursları səfərbər olunur. Nikol Paşinyan Türkiyədə olduqca soyuq qarşılandı, İlham Əliyevlə isə görüş olmadı. Vaxtaşırı Zəngəzur istiqamətində ərazilərin atəşə tutulması xəbərəri də yayılır. Ölkədə sosial situasiya gərgindir. Ermənistanın lideri Nikol Paşinyan belə bir durumda hələ də sosial şəbəkədə Erməni Apostol Kilsəsinin rəhbərinə hücum edir. Bu isə hakimiyyətin onsuz da aşağı olan reytinqini daha da aşağı salıb. Bütün bunlara görə, hakimiyyət yeni küçə aksiyaları dalğasının olacağından qorxur".
Tural