Kreml Zelenskinin Trampa məktubuna reaksiya verib

Kreml Zelenskinin Trampa məktubuna reaksiya verib
05 Mar 2025 13:45

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna liderinin Trampa məktub ünvanlaması, onun danışıqlara hazır olması barədə  yayılan xəbərləri şərh edib. O, brifinq zamanı deyib ki, Kreml Zelenskinin danışıqlara hazır olması ilə bağlı bəyanatına müsbət reaksiya verib. 

Bununla belə, Peskov vurğulayıb ki, danışıqlarda konkret iştirakçılarla bağlı məsələ açıq qalır. O, Ukrayna prezidentinin Rusiya tərəfi ilə birbaşa danışıqlar aparmasına mane olan hazırkı qadağaya da diqqət çəkib.

 Qeyd edək ki, Zelenskinin mətbuat katibi Sergey Nikiforov ölkə rəhbərinin Trampa məktub göndərmədiyini açıqlayıb. 

"Zelenskidən heç bir məktub göndərilməyib, Tramp sadəcə sosial şəbəkədəki bir paylaşım haqqında danışıb", – deyə Nikiforov qeyd edib.  Bundan əlavə, Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova "Facebook"da yazıb ki, Tramp Zelenskinin "X"də paylaşdığı postu oxuyub.  

Bundan əvvəl, ABŞ prezidenti Tramp Konqresdə çıxışı zamanı Zelenskidən vacib bir məktub aldığını, burada Ukrayna liderinin sülh danışıqlarına hazır olduğunu bildirdiyini açıqlayıb. Zelenski isə "X"dəki paylaşımında Trampın güclü liderliyi altında işləməyə və dayanıqlı sülh əldə etməyə hazır olduğunu vurğulayıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada