Kreml Trampın "Qrenlandiya arzusu"nu şərh edib

Kreml Trampın "Qrenlandiya arzusu"nu şərh edib
09 Yan 2025 14:07

"Rusiya hakimiyyəti Arktika zonasında sülh və sabitlik mühitinin saxlanmasında maraqlıdır və buna görə də bütün dünya ölkələri ilə müvafiq məsələləri müzakirə etməyə hazırdır". Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov növbəti brifinq zamanı deyib.

Jurnalistlər ondan Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın milli təhlükəsizlik naminə Kanada və Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi ilə bağlı sözlərinə münasibət bildirməsini xahiş ediblər. Media nümayəndələri gələcək illərdə ABŞ-yə rəhbərlik edəcək dövlət başçısının bu cür bəyanatlarının Arktikada qüvvələr balansını və Moskvanın bu regiondakı maraqlarını təhdid edib-etmədiyini soruşublar.

“Arktika zonası bizim milli maraqlarımızın, strateji maraqlarımızın zonasıdır. Biz də Arktika zonasında mövcuduq və orada olmaqda davam edəcəyik. Biz Arktika zonasında sülh və sabitlik mühitinin saxlanmasında maraqlıyıq, bütün dünya ölkələri ilə qarşılıqlı fəaliyyətə hazırıq”, - Kreml nümayəndəsi  cavabında bildirib.

O əlavə edib ki, ABŞ-nin Qrenlandiya və Kanada torpaqlarına dair iddiaları əsasən Vaşinqtonun Ottava ilə Kopenhagenlə ikitərəfli münasibətləri ilə bağlı məsələdir. Buna baxmayaraq, Rusiya rəhbərliyi “vəziyyətin dramatik inkişafını” yaxından izləməkdə davam edir.

Tural


Youtube kanalımız