Ukrayna prezidenti Vladimir Zelenski istənilən sülh təşəbbüslərinin qarşısını almağa davam edəcək. Bu barədə TASS-a Rusiya Dövlət Dumasının Krımdan olan deputatı, parlamentin təhlükəsizlik komitəsinin üzvü Mixail Şeremet məlumat verib.
O vurğulayıb ki, Kiyev Rusiya ərazilərinə təcavüzkar hücumları ilə Pasxa atəşkəsinə dair razılaşmaları pozdu. Şeremetin sözlərinə görə, Ukrayna prezidenti reputasiyasını itirməkdən qətiyyən qorxmur, çünki belə bir konsepsiya ona tamamilə yaddır.
Deputat Zelenskinin ictimai açıqlamalarını “riyakarlıq, blef və uydurma” adlandırıb. Ukrayna rəhbəri yalnız əlverişsiz şəraitdə sağ qalmağa və öz dərisini xilas etməyə çalışır.
Şeremet iddia edib ki, Zelenski heç vaxt heç bir sülh təşəbbüsü və kompromisləri ilə razılaşmayacaq və onları pozmağa davam edəcək.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural