Körfəz ölkələri ABŞ-ni İranla müharibəni davam etdirməyə çağırırlar

Körfəz ölkələri ABŞ-ni İranla müharibəni davam etdirməyə çağırırlar
12:07

"Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də daxil olmaqla bir neçə Körfəz ölkəsi ABŞ-ni İrana qarşı hərbi əməliyyatları davam etdirməyə çağırırlar".

News365.az xəbər verir ki, bu iddianı "Associated Press" agentliyi ABŞ, İsrail və Fars körfəzi ölkələrindən olan adları açıqlanmayan rəsmilərə istinadən yayıb.

Məlumata görə, BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyn nümayəndələri gizli şəkildə ABŞ-İsrail hərbi əməliyyatının İran hakimiyyətində köklü dəyişikliklər baş verənə qədər davam etməsində maraqlı olduqlarını açıqlayıblar.

Agentlik qeyd edib ki, Fars körfəzi ölkələri arasında münaqişəyə münasibət müxtəlifdir: Səudiyyə Ərəbistanı və BƏƏ döyüşkən mövqe tuturlar, Oman və Qətər isə diplomatik həll yoluna meyillidirlər.


Sizin reklam burada
Sizin reklam burada