Konfrans Liqası: “Zirə” öz meydanında heç-heçə edib

Konfrans Liqası: “Zirə” öz meydanında heç-heçə edib
23 İyl 2025 22:30

Bu gün “Zirə” UEFA Konfrans Liqasındakı çıxışına start verib.

News365.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Xorvatiyanın “Hayduk” klubunu qəbul edib.

"Neftçi Arena" stadionunda keçirilən qarşılaşma saat 19:30-da start götürüb.

Gərgin keçən qarşılaşmada azarkeşlər 2 qola şahidlik ediblər. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, cavab görüşü iyulun 31-də Split şəhərində baş tutacaq.


Sizin reklam burada
Sizin reklam burada