"Biz çox yaxşı bilirik ki, Paşinyan hökumətindən daha çox narazı olan tərəf hansıdır – xüsusilə də bir ölkə kimi."
Politoloq Züriyə Qarayeva bu sözləri News365.az-a açıqlamasında deyib.
"Məsələn, bu gün də bələdiyyədə səsvermə hüququ olan müxalifət, xüsusilə Koçaryan və Sarkisyan illərdir gizlənirlər. Biz bilirik ki, Rusiyanın separatizmi və revanşizmi dəstəkləməsi məhz bu şəxslərlə bağlıdır. Xüsusilə Qarabağ klanları ilə. Məncə, yalnız bu hökuməti istəməyən və sözləri, fikirləri, düşüncələri açıq olanlar Paşinyan hökuməti ola bilər. Təbii ki, zaman-zaman Paşinyan hökuməti bir qədər yumşalma istəyir. Məsələn, Avropaya inteqrasiya məsələsində onun Rusiya ilə münasibətləri elədir ki, bəzən sərtləşmə yönündə addımlar atır. Nəzərə almaq lazımdır ki, məsələn, Parlamentin sədri Simonyan Rusiya haqqında Paşinyandan daha sərt şəkildə işğalçı dövlət ifadəsini işlədib."