Kiyev təhlükəsizlik zəmanəti olmadan atəşkəs istəmir - "The Guardian"

Kiyev təhlükəsizlik zəmanəti olmadan atəşkəs istəmir - "The Guardian"
11 Mar 2025 16:35

Ukrayna prezident aparatının rəhbəri Andriy Yermak Kiyevə təhlükəsizlik zəmanəti vermədən ölkədə atəşkəsə şərait yaratmamağa çağırıb.

O, bu barədə "The Guardian"da dərc etdiyi köşə yazısında bildirib.

“Etibarlı çəkindirmə istənilən atəşkəsin davamlı sülhə çevrilməsi üçün ən yaxşı şansı təmin etməyə kömək edəcək. Avropa Rusiyanın yenidən silahlanmasına, qüvvələrini yenidən qurmasına, daha çox Ukrayna torpaqları və resurslarına sahib olmasına xidmət edən atəşkəsə icazə verə bilməz”, - Yermak hesab edir.

Bir müddət öncə ABŞ dövlət katibi Marko Rubio bəyan etmişdi ki, Ukrayna istənilən sülh sazişinin tərkib hissəsi kimi ərazi güzəştlərinə getməli olacaq. O, həmçinin bildirib ki, Səudiyyə Ərəbistanında Ukrayna və Amerika nümayəndə heyətləri arasında aparılan danışıqlar uğurlu olarsa, Birləşmiş Ştatlar Kiyevə silah və kəşfiyyat tədarükünə qoyulan qadağanı ləğv edə bilər.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada