Kiyev Kurskda bir gündə 500 əsgər itirdi

Kiyev Kurskda bir gündə 500 əsgər itirdi
19 Fev 2025 15:20

Ukrayna Silahlı Qüvvələrinin son sutkada Kursk bölgəsindəki verdiyi  itki sayı 510-u keçib. Xeyli sayda hərbi avadanlıq və sursat da məhv edilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


"Düşmən bir tank, piyada döyüş maşını, dörd zirehli personal daşıyıcısı, 2 döyüş zirehli maşın, iki özü yeriyən artilleriya qurğusu, dörd minaatan, üç nəzarət nöqtəsi, bir sursat anbarı və s. itirib. Bir əsgər Rusiya Federasiyasının silahlı qüvvələrinə təslim olu", - məlumatda qeyd edilib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Sizin reklam burada
Sizin reklam burada