KİV: NATO Polşa və Rumıniyada Türkiyənin hava müşahidə sistemini tətbiq etmək istəyir

KİV: NATO Polşa və Rumıniyada Türkiyənin hava müşahidə sistemini tətbiq etmək istəyir
20 Sen 2025 22:00

Polşa və Rumıniya son günlər pilotsuz uçuş aparatları ilə bağlı yaşanan insidentlər fonunda Türkiyənin "Merops" (Multispectral Extended Range Optical Sight) hava müşahidə sistemindən istifadə etməyi planlaşdırır.

News365.az xəbər verir ki, bu barədə məlumatı DPA agentliyi yayıb.


Agentliyin məlumatına görə, NATO tərəfdaşları türk istehsalı sistemin qısa müddətdə yerləşdirilməsinə ümid edir.

Sistemlə işləmək bacarıqlarının öyrədilməsi üzrə təlimlərin yaxın vaxtlarda başlayacağı gözlənilir.

İlk addımların isə gələn həftə atılması nəzərdə tutulur.


Sizin reklam burada
Sizin reklam burada