Fransa və Azərbaycan diplomatları arasında danışıqlar keçirilib

Fransa və Azərbaycan diplomatları arasında danışıqlar keçirilib
20:20

Bakıda Fransa və Azərbaycan diplomatları arasında danışıqlar baş tutub.

News365.az xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Sofi Laqut "X" sosial şəbəkəsində məlumat verib.

"Bu gün Azərbaycan və Fransa diplomatları arasında hərtərəfli və səmərəli müzakirələr keçirilib. Prezidentin Avropa üzrə diplomatik müşaviri Bertran Buxvalter və Xarici İşlər Nazirliyinin Avropa üzrə direktoru Bris Rokfey Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla Azərbaycan-Fransa münasibətlərini və regional məsələləri müzakirə etmək üçün Bakıya gəliblər", - diplomat yazıb.

O bildirib ki, müzakirələr Azərbaycan və Fransa prezidentləri arasında son görüşlərin davamı olaraq təşkil edilib.


Sizin reklam burada
Sizin reklam burada