Rusiyada 17 yaşlı Goranboy sakinini qatar vuraraq öldürüb

Rusiyada 17 yaşlı Goranboy sakinini qatar vuraraq öldürüb
04 Noy 2025 23:00

Rusiyada Goranboy sakinini qatar vurub.

News365.az xəbər verir ki, hadisə Rusiyanın Krasnodar şəhərində qeydə alınıb.

Belə ki, Goranboy şəhər sakini 2008-ci il təvəllüdlü P. Bağırovu şəhər ərazisində qatar vurub.

Yeniyetmə oğlan aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Onun meyitinin sabah Azərbaycana gətirilməsi nəzərdə tutulur.

Mərhum doğulduğu Goranboy şəhərində dəfn ediləcək. Yeniyetmənin ölümü ilə bağlı Rusiya hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada